İran İsrail və ABŞ-yə qarşı "Gerçək vəd – 4" əməliyyatının 74-cü dalğasını keçirib
İran Ordusu İsrailə və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd – 4" əməliyyatının 74-cü dalğasını həyata keçirib.
"Far.Az" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən "Kahabar Fouri" məlumat yayıb.
Qeyd olunur ki, ABŞ-nin "Şahzadə Sultan" bazası (Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan təxminən 100 km cənub-şərqdə, Əl-Xarc yaxınlığında yerləşir), 5-ci Donanması və Komalanın (İraq Kürdüstan Komala Partiyası) obyektlərinə "İmad", "Fateh", "Qiyam" raketləri və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilib.
SEPAH-ın məlumatına görə, İsrailin dörd şəhərindəki hərbi məntəqələr hədəf alınıb: "Bu bazalara "Qədr", Xeybərşikən" və "Xürrəmşəhr" raketləri atılıb".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
İlk Qədr gecəsindən FOTOLAR
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
İran "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













