İlham Əliyev: İslamabadda "ASAN xidmət"in açılması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir
Far.Az xəbər saytı

İlham Əliyev: İslamabadda "ASAN xidmət"in açılması dövlətlərarası əməkdaşlığın praktiki nəticəsidir


Azərbaycan ilə Pakistan arasında əlaqələr çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir.

"Far.Az"un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Şahbaz Şərifə Pakistan Günü münasibətilə göndərdiyi təbrik məktubunda deyilir.

"Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, müdafiə, investisiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə yeni məzmunla zənginləşir. Bir müddət əvvəl İslamabadda ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması genişmiqyaslı dövlətlərarası əməkdaşlığımızın yeni praktiki nəticəsidir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlər xalqlarımızın rifahına və firavanlığına, regionumuzda əməkdaşlığa xidmət edir", - müraciətdə deyilir.

Oxşar xəbərlər

20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
İlham Əliyev Pakistanın Baş nazirinə təbrik məktubu göndərib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər