Azərbaycanda qatarla sərnişindaşıma sentyabrda 29 % artıb
Far.Az xəbər saytı

Azərbaycanda qatarla sərnişindaşıma sentyabrda 29 % artıb


“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin ölkədaxili və Abşeron dairəvi marşrutları ilə bu ilin sentyabrında 809 minə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29 % çoxdur.

“Report” xəbər verir, bu barədə ADY məlumat yayıb.

Hesabat ayında Abşeron dairəvi marşrutu ilə 770 977 nəfər (ötən ilin sentyabr ayının göstəricisindən 28 % çox), Bakı-Ağstafa-Bakı marşrutu ilə 34 509 nəfər (46 % çox) və Bakı-Qəbələ-Bakı marşrutu ilə 3 500 nəfər (53 % çox) daşınıb.

Eyni zamanda, sentyabrda qatarla 2 448 turist səfər edib ki, bu da bir il əvvəlki göstəricidən 47 % çoxdur.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Azərbaycan Dəmir Yolları" yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 35 % artıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər