Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib
Far.Az xəbər saytı

Gürcüstan Prezidenti və Baş naziri müsəlman icmasını təbrik edib


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Ramazan və Novruz bayramları münasibətilə təbrik edib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, onlar bəyanatlarında II İliyanın vəfatı ilə əlaqədar yas tutan gürcü pravoslav xristianlarına göstərilən həmrəyliyə görə müsəlman icmasına təşəkkürlərini bildiriblər.

M.Kavelaşvili vurğulayıb ki, müsəlman vətəndaşların bu həssas dönəmdə bayram tədbirlərindən imtina etməsi ölkədə yaşayan müxtəlif dini icmalar arasında mövcud olan qardaşlıq, dostluq və qarşılıqlı hörmətin bariz nümunəsidir.

İ.Kobaxidze isə müsəlman icmasına bu günlərdə bayram tədbirlərini ləğv etdikləri üçün xüsusi minnətdarlığını ifadə edib:

"Bu qardaş dəstəyi heç vaxt unutmayacağıq. Çətin və sevincli günlərdə birlik nümayiş etdirmək ölkənin birliyinin əsasını təşkil edir. Əsrlər boyu müxtəlif icmalar Gürcüstan tarixini birlikdə formalaşdırıb və bu gün də gələcək nəsillər üçün daha yaxşı gələcək qururlar".

Oxşar xəbərlər

Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər