Rusiyanın XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Far.Az xəbər saytı

Rusiyanın XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb


Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul edilib.

“Far.Az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın xarici işlər naziri dost dövlətin diplomatik nümayəndəliyinin rəhbərini – ölkəmizin strateji tərəfdaşı və müttəfiqini səmimiyyətlə salamlayıb və ona fəaliyyətində uğurlar arzulayıb”, - nazirlik bildirib.

Sonra R. Mustafayev Rusiya Federasiyası Xarici İşlər Nazirinin müavini M. Qaluzin ilə görüşüb, səfir etimadnaməsinin surətini təqdim edib. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişaf etdiyi bildirilib, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə olunub. Yaxın günlərdə dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Mehriban Əliyevanın doğum günüdür
Naxçıvanda Regional DOST Mərkəzi yaxın aylarda açılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər