BMT-nin Baş katibi Yaxın Şərqə şəxsi nümayəndə təyin edib
Far.Az xəbər saytı

BMT-nin Baş katibi Yaxın Şərqə şəxsi nümayəndə təyin edib


BMT-nin Baş katibi Antonio Quterreş təcrübəli fransız diplomat Jan Arnonun Yaxın Şərq münaqişəsi üzrə şəxsi nümayəndəsi təyin etdiyini bildirib.

"Far.Az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, BMT-nin Baş katibi bunu Nyu-Yorkdakı BMT-nin mənzil-qərargahında jurnalistlərə bildirib.

Quterreş hesab edir ki, regiondakı vəziyyət nəzarətdən çıxıb və dünya daha böyük bir müharibənin astanasındadır. O, dialoqu təşviq etmək və sülhə nail olmaq üçün bir sıra təşəbbüsləri həyata keçirmək üçün Yaxın Şərqdə və dünyanın bir çox ölkəsi ilə sıx əlaqə saxladığını bildirib.

"Bu təşəbbüslər uğurlu olmalıdır. Hörmüz boğazının uzun müddət bağlanması qlobal əkin mövsümünün kritik bir anında neft, qaz və gübrə daşınmasını əngəlləyir. Artıq eskalasiya pilləkəninə qalxmağı dayandırıb diplomatiyaya doğru irəliləməyin vaxtıdır", - deyə o bildirib.

BMT-nin məlumatına görə, Jan Arno beynəlxalq diplomatiya sahəsində 30 ildən çox təcrübəyə malikdir, sülhməramlılıq və vasitəçilik üzrə ixtisaslaşıb və Afrika, Asiya, Avropa və Latın Amerikasında BMT missiyalarında xidmət edib.

Bundan əvvəl o, BMT Baş katibinin Əfqanıstan və regional məsələlər üzrə şəxsi elçisi vəzifəsində çalışıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər