Lüksemburqda Novruz bayramı qeyd olunub
Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyası "LuxAz" tərəfindən, Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi ilə Lüksemburqda Novruz bayramı münasibətilə tədbir keçirilib.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, tədbiri "LuxAz" assosiasiyasının sədri Seymur Əhmədov açaraq Novruz bayramının mədəni və mənəvi əhəmiyyətindən danışıb. O, həmçinin gələcək planlarını da bölüşüb. Onun sözlərinə görə, yaxın gələcəkdə Lüksemburqda Azərbaycan Evinin açılması planlaşdırılır. Bu mərkəz Hersoqluğun Azərbaycan icmasının üzvləri üçün ana dili, musiqi, təsviri incəsənət və proqramlaşdırma sahələrini əhatə edən müxtəlif kurslar və fəaliyyətlər təklif edəcək. O qeyd edib ki, layihə icma birliyi üçün mühüm mədəni və sosial platformaya çevriləcək.
Daha sonra səfirliyin birinci katibi Emin Rüstəmov çıxış edərək, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək Novruzun birlik və həmrəylik rəmzi olduğunu qeyd edib.
O, xüsusilə Novruzov tonqallarının hazırda Azərbaycanın bütün bölgələrində, o cümlədən 2023-cü ildən sonra ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkənin azad edilmiş ərazilərində yandırılmasının sevindirici hal olduğunu söyləyib.
Diplomat həmçinin xaricdə yaşayan soydaşlarımızın fəaliyyətinə toxunaraq, son illərdə Lüksemburqdakı Azərbaycan icmasının fəaliyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Tədbir bədii hissə ilə davam edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













