Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda çıxış edib
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyənin Samsun şəhərində keçirilən beynəlxalq festivalda çıxış edib.
"Report"un yerli bürosunun məlumatına görə, teatr Samsunda təşkil olunan 8-ci Beynəlxalq Teatr Festivalı çərçivəsində Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.
Quruluşçu rejissoru Mir Qabil Əkbərov, rəssamı isə Səyyad Bayramov olan tamaşada əsas obrazları Xalq artisti Yasəmən Ramazanova, həmçinin gənc aktyorlar Şölə Alışova, Məmməd Mehdiyev, İsmayıl Mirzəcanov, Əlizamin Abbasov, Ələsgər Quliyev, Saynur Babayev və Seyfəddin Məmmədli canlandırıblar.
Tamaşanın musiqi tərtibatı Fikrət Əmirovun "Kor ərəbin mahnısı" əsəri əsasında kamança ifaçısı Hüseyn Nağıyev tərəfindən üç fərqli versiyada hazırlanıb.
Festival çərçivəsində uğurla nümayiş olunan tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda kollektivə müxtəlif hədiyyələr təqdim olunub və xatirə fotosu çəkilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













