Paşinyan: İrəvan Qazaxıstanın Ermənistan dəmir yolları konsessiyasını Rusiyadan almasının əleyhinə deyil
Ermənistan Rusiya ilə razılıq əldə olunacağı təqdirdə Qazaxıstanın Ermənistan dəmir yolları konsessiyasını (dövlət-sahibkar əməkdaşlığı - red.) almasının əleyhinə deyil.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 26-da keçirilən brifinqdə bildirib.
"Əgər bizimlə Rusiya arasında qarşılıqlı anlaşmanın olduğu, Qazaxıstan şirkətinin bizim üçün məqbul olduğu aydınlaşarsa, əleyhinə olmayacağıq", - Paşinyan deyib.
Onun sözlərinə görə, müzakirələr davam edir, "hələlik konkret heç nə yoxdur".
Paşinyan qeyd edib ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ermənistan dəmir yollarına aid məsələ müzakirə olunub:
"Rusiyalı həmkarlarımızla işçi səviyyədə müzakirələr aparılır. Bu məsələ üzrə müəyyən anlayış görürük və buna görə minnətdarıq. Dediklərimizdə Rusiyaya qarşı yönəlmiş heç nə yoxdur".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşü keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













