Ərdoğan: İrana qarşı müharibənin bədəlini tərəflərlə yanaşı, bütün bəşəriyyət ödəyir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana hücumları ilə başlayan savaşı mənasız adlandırıb.
"Report" xəbər verir ki, Türkiyə Prezidenti bunu Dünya İqtisadi Forumunun Türkiyə Ölkə Strategiyası Toplantısında çıxışında deyib.
O, qeyd edib ki, bir aydır bölgəni dərindən sarsıdan bu mənasız müharibənin bədəlini münaqişə tərəfləri qədər bütün bəşəriyyət ödəyir.
Ərdoğanın sözlərinə görə, diplomatiya və dialoq yolu ilə ortaq məxrəcə gəlmək mümkün olan zamanda müharibənin davam etdirilməsi bütün bəşəriyyətin ziyanınadır: "Münaqişələr sona çatmasa, böyük bədəl ödəniləcək".
O, son illər qlobal iqtisadiyyatın pandemiya sonrası bərpa prosesi, yaşıl və rəqəmsal transformasiya, artan ticarət gərginlikləri və geosiyasi proseslərlə formalaşan bir gündəmin içinə sürükləndiyini də xatırladıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













