Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub
Far.Az xəbər saytı

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa olunub


Quba-Xınalıq avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

"Far.Az"un Şimal bürosunun məlumatına görə, Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra qaya daşlarının uçması nəticəsində Xınalıq kəndinə gedən yol bağlamışdı.

Belə ki, qaya parçaları yolun 30-32-ci kilometrliyinə tökülüb və 800 metr məsafədə asfalt örtüyü dağılıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sahə rəisi Bilal Sultanov "Far.Az"un yerli bürosuna bildirib ki, Xınalıq-Quba istiqamətində gediş-gəliş təmin edilib. Onun sözlərinə görə, qaya daşlarının yoldan tam təmizlənməsi bir neçə gün vaxt aparacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Güclü qar Qəbələnin dağlıq kəndlərinə gediş-gəlişi çətinləşdirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər