İraqda "Əl-Həşd əş-Şaabi"nin qərargahı bombalanıb, ölənlər var
İraqda "Əl-Həşd əş-Şaabi" şiə xalq milislərinin qərargahına endirilən aviazərbə nəticəsində ən azı üç nəfər həlak olub, daha yeddi nəfər isə yaralanıb.
"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Məlumata görə, zərbə ölkənin şimalındakı Kərkük hava limanı yaxınlığına endirilib.
ABŞ və İsrailin İrana qarşı davam edən hərbi əməliyyatları fonunda İraqda şiə milislərinin mövqelərinə Amerikanın endirdiyi aviazərbələr nəticəsində artıq onlarla döyüşçü həlak olub.
Daha əvvəl İraq Xarici İşlər Nazirliyi ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilinə Ənbar əyalətində "Əl-Həşd əş-Şaabi" qərargahına, eləcə də Ərbildə kürd təhlükəsizlik qüvvələrinin qərargahına endirilən zərbələrlə əlaqədar etiraz notası təqdim edib.
Qeyd edək ki, "Əl-Həşd əş-Şaabi" birləşmələri İŞİD terror qruplaşması ilə mübarizə dövründə yaradılıb və onun darmadağın edilməsində əhəmiyyətli rol oynayıb. Hazırda milis qüvvələri rəsmi olaraq İraq silahlı qüvvələrinin tərkibinə daxildir. Eyni zamanda, Vaşinqton bu qurumu Tehranla bağlı olan İranmeylli qüvvə kimi nəzərdən keçirir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8













