Sibiqa: Ukrayna PURL proqramı çərçivəsində bütün lazımi silahları alacaq
Amerikalı tərəfdaşlar yaxın vaxtlarda daha bir ölkənin qoşulacağı PURL proqramı çərçivəsində Ukrayna üçün nəzərdə tutulmuş silahların başqa yerə yönləndirilməsini planlaşdırmırlar.
"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa martın 26-27-də Fransada keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin sammitinin yekunlarına dair "Ukrinform"a verdiyi müsahibəsində bildirib.
"(ABŞ Dövlət katibi Marko) Rubio səviyyəsində bəyan edildi: Ukrayna üçün nəzərdə tutulmuş avadanlıqlardan, bu proqramdan digər ölkələrə heç nə yönləndirilməyib. Bu günə olan vəziyyətə görə, yönləndirmə ilə bağlı planlar da yoxdur", - Sibiqa vurğulayıb.
O həmçinin qeyd edib ki, Ukrayna PURL proqramına daha bir ölkənin qoşulacağı barədə təsdiq alıb:
"Hələlik onun adını çəkə bilmərəm, lakin bu o deməkdir ki, bu proqram fəaliyyət göstərir və o inkişaf edəcək. Bu bizim strateji HHM-lərimizin gücləndirilməsi üçün yeganə mümkün alətdir".
Daha əvvəl "The Washington Post" yazmışdı ki, Pentaqon Ukrayna üçün nəzərdə tutulmuş silahları Yaxın Şərqə yönləndirə bilər, çünki İrandakı müharibə Amerika ordusunun bəzi mühüm döyüş sursatı ehtiyatlarını tükəndirir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda D-8 ölkələrinin Gənclər Dialoqunun rəsmi açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub
-
Avropa gələn il Ukraynaya 45 milyard avro kredit verəcək
-
Rahim Sterlinqin cəzası məlum oldu
-
"Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir?
-
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8













