Bakının dörd rayonu və Abşeronda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Far.Az xəbər saytı

Bakının dörd rayonu və Abşeronda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar


Bakının Sabunçu, Yasamal və Xətai rayonlarında oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində "BYD" markalı avtomobildən qızıl qolbaq və qulaqlığın oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 27 yaşlı E. Xəlilov müəyyən edilərək saxlanılıb.

Analoji hadisə Yasamal rayonunda da qeydə alınıb. "Toyota" markalı avtomobildən qulaqlıq və digər əşyalar oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 35 yaşlı Q. Sultanov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Bundan başqa, Xətai rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs azyaşlı qızın 400 manat dəyərində qızıl sırğasını ələ keçirərək hadisə yerindən yayınıb. Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı K. Əliyev müəyyən olunaraq saxlanılıb.

Həmçinin Abşeron rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 market, 3 avtomobil və 1 evdən məişət və qızıl-zinət əşyaları, pul, bank kartları, eləcə də maqnitofonların oğurlanması barədə polisə məlumatlar daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı R. Zeynalov müəyyən edilərək saxlanılıb.

Hər dörd faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər