Çexiyada silah zavodunun ərazisində yanğınla bağlı beş nəfər saxlanılıb
Far.Az xəbər saytı

Çexiyada silah zavodunun ərazisində yanğınla bağlı beş nəfər saxlanılıb


Çexiyanın Pardubitse şəhərində yerləşən "LPP Holding" silah zavodunda bu yaxınlarda törədilmiş yanğınla əlaqədar beş nəfər həbs edilib.

"Report" "Česke Noviny"yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın daxili işlər naziri Lyubomir Metnar slovakiyalı həmkarı Matuş Şutay Eştokla birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Hadisə yerində daha çox cinayətkar olub. Bu gün onlardan beş nəfərini həbs etdik", – Metnar deyib.

Metnar Çexiya polisinin terror aktı kimi araşdırdığı bu işlə bağlı şübhəli bilinən şəxsin həbs edilməsinə görə Slovakiyaya təşəkkür edib.

Xatırladaq ki, martin 20-də naməlum şəxslər "LPP Holding" şirkətinin silah zavodunun binasını yandırıblar. "Earthquake Faction" qruplaşması yanğına görə məsuliyyəti öz üzərinə götürüb.

Oxşar xəbərlər

DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər