Azərbaycanda sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşib
Far.Az xəbər saytı

Azərbaycanda sifarişli daşımalara buraxılış vəsiqəsi almaq üçün tələblər sərtləşib


Prezident İlham Əliyev Milli Məclisin martın 3-də qəbul etdiyi "Avtomobil nəqliyyatı haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

"Report" xəbər verir ki, yenilənmiş qanuna əsasən, ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi almaq istəyənlər aşağıdakı sənədləri də təqdim etməli olacaqlar:

- sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumatı;

- avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və tibb məntəqəsi ilə müqavilələri;

- ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirən sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

-qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə həmçinin:

- avtonəqliyyat vasitəsi ilə daşınan sərnişinlərin fərdi qəza sığortası;

- avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, həmçinin avtonəqliyyat vasitəsi sürücüsünün bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təsdiq edən müvafiq icbari sığortası;

- bu Qanunun 27.2-ci maddəsində nəzərdə tutulan halların təsdiqedici sənədləri.

Oxşar xəbərlər

Ölkədaxili sifarişli daşımalara görə tələb olunan sənədlərin siyahısının genişləndirilməsi I oxunuşda qəbul edilib
Ölkədaxili sifarişli daşımalara görə tələb olunan sənədlərin siyahısının genişləndirilməsi qəbul edilib
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Sərnişin və yükdaşıma üçün tələb olunan sənədlərin SİYAHISI AÇIQLANDI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər