ING 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti üzrə gözləntilərini artırıb
Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) orta hesabla 6,5 %-ni təşkil edəcək.
"Far.Az" xəbər verir ki, bu qiymətləndirmə Niderlandın ən böyük bank qrupu olan "ING Group"un proqnozlarında yer alıb.
Bankda həmçinin hesab edirlər ki, 2027-ci ilin yekunları üzrə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 1,7 %-ni təşkil edəcək.
2025-ci ildə bu göstərici 3,475 milyard ABŞ dolları və yaxud ÜDM-in 4,6 %-ni təşkil edib.
ING-nin proqnozlarına görə, 2026-cı ilin yekunları üzrə Azərbaycanın xarici ticarət dövriyyəsinin profisiti ÜDM-in 11,6 %-ni, 2027-ci ildə isə ÜDM-in 6,6 %-ni təşkil edəcək.
ING analitikləri qeyd ediblər ki, 2025-ci ilin yekunlarına görə ticarət profisiti sıfıra yaxınlaşıb ki, bu da neftin ucuzlaşması və idxalın (qismən qızıl alışlarının artımını əks etdirən) güclü şəkildə artması ilə şərtlənib.
"Bu, 2026-cı ildə cari hesab üzrə mənfi balansın formalaşması perspektivləri və valyuta bazarına potensial təzyiqlə bağlı narahatlıqlarımıza səbəb olub. Bununla belə, Yaxın Şərqdə müharibənin başlaması, ardınca neft qiymətlərinin artmasından sonra manatın məzənnəsinə təzyiq riskləri azalıb. 2026-cı il üçün "Brent" markalı neftin qiymətləri üzrə proqnozlarımızın 1 barel üçün 82 ABŞ dollarına qədər yüksəldiyini nəzərə alaraq, indi Azərbaycanın cari hesab profisitinin cari ildə ÜDM-in 6-7 %-i həddində olacağını gözləyirik. Bundan əlavə, manatın dollara bağlılığının qarşıdakı iki ildə sabit qalacağını hesab edirik. Ümumiyyətlə, yanacaq qiymətləri proqnozları üçün risk balansı, görünür, artım istiqamətinə yönəlib", - şirkətin MDB ölkələrinin makroiqtisadi göstəriciləri üzrə hesabatında bildirilib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"ING Group": Neftin ucuzlaşmasından Azərbaycanın 2 il ərzində itkiləri ÜDM-in 2 %-nə bərabər ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.05.2026)
-
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
-
"Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb
-
Azərbaycanda 4 ayda sığortaedənlərin sayı 2,2 milyondan çox olub













