Qərbi Kaspi Universitetinin ödənişsiz oxuyan tələbələrindən 375,08 manat niyə tələb edilir? - AÇIQLAMA
Qeyd olunan məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən araşdırma aparılır, sözügedən özəl ali təhsil müəssisəsinə məsələnin həlli istiqamətində müvafiq tövsiyələr verilib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Agentliyin mətbuat xidmətindən məlumat verilib.
"Nəticə barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq", - deyə vurğulanıb.
***10:29
Qərbi Kaspi Universitetinin bəzi tələbələri narazıdır.
Bu barədə şikayətlər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilir ki, universitetdə dövlət sifarişi əsasında təhsil alan bəzi tələbələrdən 375,08 manat məbləğində ödəniş tələb olunur. İddia olunur ki, bu məbləği ödəməyən tələbələr imtahanlara buraxılmayacaqları ilə bağlı xəbərdar ediliblər.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlayan tələbələrə bildirilib ki, dövlət sifarişi ilə təhsil alan şəxslərdən əlavə ödəniş tələb edilməsi qanunvericiliyə uyğun deyil və əsassızdır.
Sözügedən halla bağlı biz də nazirliyə sorğu ünvanladıq. Universitetlə isə təəssüflər olsun ki əlaqə qurmaq mümkün olmayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Qərbi Kaspi Universitetinin ödənişsiz oxuyan tələbələrindən 375,08 manat niyə tələb edilir?
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













