Rusiya və Kuba arasında yeni sazişlər imzalandı
Rusiya və Kuba bir neçə sahə üzrə əməkdaşlıq sazişləri imzalayıb.
Far.Az xəbər verir ki, Sankt-Peterburqda keçirilən Rusiya-Kuba hökumətlərarası ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq komissiyasının 23-cü iclasının yekununda hər iki ölkənin müəssisə və təşkilatları iqtisadi və sosial sahələri əhatə edən bir sıra razılaşmalar əldə edib.
Rusiya Baş nazirinin müavini Dmitri Çernışenko tərəflərin görülən işləri və əldə olunan nəticələri yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, keçirilən iclas birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsinə töhfə verəcək.
Çernışenko Kuba nümayəndələrini Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu və "Səyahət et" adlı Beynəlxalq Turizm Forumunda iştirak etməyə dəvət edib.
Bundan əlavə, o qeyd edib ki, 2025-ci ildə Rusiyadan Kubaya dərman istehsalı üçün 6 ton xammal göndərilib və farmasevtika sahəsi iki ölkə arasında əməkdaşlığın perspektivli istiqamətlərindən biri hesab olunur.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
30 dərəcə İSTİ OLACAQ - HAVA PROQNOZU
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu
-
Bu gün Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
-
Ənvər Qarqaş: BƏƏ ABŞ, İsrailin İranla münaqişəsinin diplomatik həlli üçün mübarizə aparır
-
Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq













