Trampın çıxışından sonra "Brent" neftinin qiyməti artıb
Londonun ICE birjasında "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 6,5 %-dən çox artıb.
"Report"un məlumatına görə, bunu ticarət sessiyasının məlumatları göstərir.
Bu dinamika ABŞ Prezidenti Donald Trampın televiziyada ABŞ-İsrail birgə əməliyyatına həsr olunmuş çıxışından sonra qeydə alınıb.
Bakı vaxtı ilə saat 4:55-ə olan məlumata görə, Trampın çıxışından əvvəl "Brent" markalı neftin qiyməti 1,35 % düşərək, bir barel üçün 99,79 dollar təşkil edib. Lakin artıq Bakı vaxtı ilə saat 5:33-də "Brent" markalı neftin bir barelinin qiyməti 106,29 dollara çatıb (artım 5,07 %).
Paralel olaraq WTI markalı neftin may fyuçerslərinin qiyməti 4,09 % artaraq, bir barelinin qiyməti 104,21 dollara çatıb. Bakı vaxtı ilə səhər saat 8:05-ə olan məlumata görə, "Brent" markalı qiyməti 6,51 % artaraq, 107,75 dollara, WTI markalı neftin qiyməti isə 5,38 % artaraq 105,51 dollara çatıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali lideri Ayətullah Əli Xamenei və bir neçə yüksək vəzifəli şəxs öldürülüb. İran buna cavab olaraq İsrailə, eləcə də ABŞ və müttəfiqlərinin hərbi bazalarını yerləşdirdiyi ölkələrdəki - Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki hədəflərə zərbələr endirib.
Tramp videomüraciətində bildirib ki, ABŞ İrana qarşı əməliyyatın əsas məqsədlərinə çatmağa yaxındır. Amerika lideri həmçinin İran rəhbərliyini Amerika administrasiyası ilə razılığa gəlməyəcəyi təqdirdə Tehranı "Daş dövrünə qayıdış"la hədələyib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
WUF13 dünya mediasının diqqətində
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













