"Total" və "Masdar" Azərbaycan və Asiyanın bir neçə ölkəsində "yaşıl enerji" ilə birgə müəssisə yaradıb
Qlobal inteqrasiya olunmuş enerji şirkəti olan "TotalEnergies" və təmiz enerji sahəsində dünya lideri "Abu Dhabi Future Energy Company PJSC" – "Masdar" ümumi portfeli 2,2 milyard ABŞ dolları olan, paritet əsaslarla (50/50) birgə müəssisənin yaradılması barədə məcburi xarakter daşıyan saziş imzalayıb.
"Report" "Masdar"a istinadən xəbər verir ki, birgə müəssisə onların Asiyanın 9 ölkəsində quruda yerləşən bərpa olunan enerji mənbələri sahəsində fəaliyyətlərini birləşdirəcək.
"Asiyada elektrik enerjisinə tələbatın artımının sürətlənməsi fonunda bu tərəfdaşlıq bərpa olunan enerji layihələrinin lazımi miqyasda və ən qısa müddətdə həyata keçirilməsi üçün kapital və ekspert biliklərini birləşdirir. Sövdələşmənin əldə edilməsindən sonra birgə müəssisə Azərbaycan, İndoneziya, Yaponiya, Qazaxıstan, Malayziya, Filippin, Sinqapur, Cənubi Koreya və Özbəkistanda quruda günəş, külək enerjisi və enerji saxlanc sistemləri ilə bağlı layihələrin işlənib hazırlanması, tikintisi, sahibliyi və istismarı üçün hər iki şirkətin yeganə alətinə çevriləcək", - məlumatda qeyd olunub.
Xəbər yenilənir
Oxşar xəbərlər
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Türk Dövlətləri Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
-
Bolqarıstan Prezidenti İliyana Yotova Azərbaycana səfərə gəlib
-
WUF13 dünya mediasının diqqətində
-
Neftin qiyməti yenidən 110 dolları ötüb
-
İran Hörmüz boğazı ilə bağlı yeni mexanizm hazırlayıb













