Ünal Üstel: Azərbaycan–Türkiyə–Şimali Kipr münasibətləri bütün TDT-yə nümunə olmalıdır
"Tək millət, üç dövlət" şüarı ilə möhkəmlənən Azərbaycan–Türkiyə–Şimali Kipr münasibətləri bütün Türk Dövlətləri Təşkilatına nümunə olmalıdır.
"Report" xəbər verir ki, bunu Şimali Kiprin Baş naziri Ünal Üstel Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı deyib.
"Məqsədimiz bu səmimi və dərin bağı bütün üzv dövlətlərlə daha da gücləndirmək və Şimali Kiprin tam üzvlük prosesini uğurla başa çatdırmaqdır. Şimali Kipr TDT-yə tamhüquqlu üzv olmağa hazırdır. Dünyanın bəzi mərkəzləri bizi görməzdən gəlsə də, gördüyünüz kimi, biz varıq. Dövlətimiz, qurumlarımız, parlamentimiz var və ən əsası, ana vətənimizin təminatçılığı ilə bayrağımızın altında azad, suveren şəkildə yaşayan xalqımız var. Sizin və millətimizin dəstəyi ilə sonsuza qədər var olmağa davam edəcəyik", - o qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Şimali Kiprin Baş naziri göstərilən dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi
-
Qarakənd faciəsindən 35 il ötür













