Şimali Kiprin Baş naziri göstərilən dəstəyə görə İlham Əliyevə təşəkkür edib
Far.Az xəbər saytı

Şimali Kiprin Baş naziri göstərilən dəstəyə görə İlham Əliyevə təşəkkür edib


Şimali Kiprin Baş naziri Ünal Üstel göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib.

"Report" xəbər verir ki, o, bu barədə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşündə çıxışı zamanı bildirib.

"Türk birliyinə olan sarsılmaz inamı və Şimali Kiprə göstərdiyi sonsuz dəstəyi ilə bizə güc verən Azərbaycan Prezidenti İlham Əliyevə şəxsən öz adımdan, hökumətim və azadlıq mübarizəsindən heç vaxt geri çəkilməyən Kipr türk xalqı adından ən dərin minnətdarlığımı bildirirəm. İlham Əliyevin "Türk dünyası bizim ailəmizdir" vizyonu bu gün bu zaldakı iradənin ən güclü dayağıdır", - Ü.Üstel əlavə edib.

Oxşar xəbərlər

İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər