Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib
Far.Az xəbər saytı

Naxçıvanda ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib


Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada şagird sayı 151-500-dək olan ümumtəhsil müəssisələrinə direktor vəzifəsi üçün test imtahanı keçirilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, imtahanda 22 namizəd iştirak edib. Namizədlərə 80 dəqiqə müddətində tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, əmək və təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim olunub.

Namizədlərin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra elan olunub.

Test mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, müsabiqəyə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi şagird sayı 151- 500-dək olan ümumtəhsil məktəbləri üzrə 17 direktor vəzifəsi çıxarılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
DİM taksi sürücüləri üçün test imtahanı keçirib - YENİLƏNİB
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - YENİLƏNİB
Peşəkar mühasib sertifikatı üçün test imtahanının I mərhələsi keçirilib - YENİLƏNİB
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər