TDT ölkələri Yaşıl Enerji Dəhlizinin inkişafına dəstək ifadə ediblər
Far.Az xəbər saytı

TDT ölkələri Yaşıl Enerji Dəhlizinin inkişafına dəstək ifadə ediblər


Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri "yaşıl enerji" layihələrinin inkişafında əldə edilmiş irəliləyişi alqışlayıblar.

"Far.Az" xəbər verir ki, bu barədə TDT hökumət başçılarının bu gün Bakıda keçirilən ikinci iclasının yekunlarına dair birgə bəyanatda bildirilib.

Sənəddə regional enerji təhlükəsizliyinin gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi və enerji marşrutlarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyi qeyd olunub.

"Görüş iştirakçıları neft, qaz və digər karbohidrogenlərin nəqli üzrə mövcud infrastrukturun səmərəli istifadəsini və genişləndirilməsini dəstəkləyiblər. Bununla yanaşı, hökumət başçıları "yaşıl enerji" layihələrinin inkişafı və ötürülməsi sahəsində əldə edilmiş irəliləyişi alqışlayır və Yaşıl Enerji Dəhlizinin inkişafına qətiyyətli dəstəklərini ifadə edirlər", - bəyanatda diqqətə çatdırılıb.

Bəyanatda həmçinin kritik vacib faydalı qazıntıların iştirakçı ölkələrin enerji təhlükəsizliyi üçün əhəmiyyəti və bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb.

"Ölkələr enerji səmərəliliyinin artırılması və qabaqcıl təcrübə mübadiləsi üzrə tədbirlərin təşviqini, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsini dəstəkləyirlər", - sənəddə qeyd olunub.

Oxşar xəbərlər

Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər