Erlinq Holann İngiltərə Premyer Liqasının ən çox qazanan futbolçusudur
Erlinq Holann İngiltərə Premyer Liqasında ən çox qazanan futbolçuların siyahısına başçılıq edir.
"Far.Az" "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"nin norveçli hücumçusu ayda 2,63 milyon avro qazanaraq liqanın ən yüksək maaş alan oyunçusu olub.
Siyahının ikinci pilləsində "Liverpul"un futbolçusu Məhəmməd Salah qərarlaşıb. Misirli futbolçunun aylıq qazancı 2 milyon avro təşkil edir.
Üçüncü sıranı isə iki futbolçu bölüşür. Bunlar "Mançester Yunayted"in braziliyalı yarımmüdafiəçisi Kazemiro və "Liverpul"un niderlandlı müdafiəçisi Vircil van Deykdir. Hər iki oyunçunun aylıq gəliri 1,75 milyon avrodur.
İlk "beşliy"i yenə iki futbolçu tamamlayır. "Mançester Yunayted"in portuqaliyalı kapitanı Brunu Fernandeş və "Arsenal"ın vingeri Bukayo Saka ayda 1,5 milyon avro qazanır.
Qeyd edək ki, turnir cədvəlinə 70 xalla "Arsenal" başçılıq edir. "Mançester Siti" 61 xalla ikinci, 55 xala malik "Mançester Yunayted" isə üçüncüdür.
Oxşar xəbərlər
Holann İngiltərə Premyer Liqasının ən çox qazanan futbolçusudur
Bukayo Saka "Arsenal"ın tarixində ən çox maaş alan futbolçu olacaq
Nizami City-dən möhtəşəm kampaniya - mənzil alan qazanır
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Dünya futbolunun əfsanəsi Lotar Matteus: "Bakıdakı dünya çempionatına gəlmək mənim üçün xoşdur"













