Nərmin 3 böyük şəxsiyyəti bir araya gətirdi
Müğənni Nərmin Kərimbəyova "Səninəm" adlı keçmişin meqa hitinə müraciət edib.
Far.Az xəbər verir ki, sözügedən kompozisiyanın musiqisi millət vəkili, bəstəkar Novruz Aslana, sözləri isə təkrarolunmaz Xanım İsmayılqızına məxsusdur.
"Səninəm" mərhum sənətkar İlhamə Quliyevanın repertuarında sevilmişdi.
Ötən ilin yay aylarında İTV-də yayımlanan "İllərin Nəğmələri" adlı layihədə Nərminin "Səninəm" ifası ilə iştirakı bir çoxlarının, həmçinin mahnı müəllifinin diqqətini çəkmişdi.
Novruz Aslan mahnının yeni tərz aranjimanla ifa olunmasını və ifaçıya bu işdə hər cür dəstək olacağını bildirmişdi. Yeni aranjiman Rasim Əsgərov və Dahinə həvalə olundu.
Bəstənin yeni versiyada səslənməsi, mahnının orijinal abu-havasını dəstəkləyərək Nərminin səhnə şıltağlığını daha da vurğuladı və ərsəyə yenilənmiş tam yay atmosferli "Səninəm" mahnısı gəldi.
Mahnı üçün təşkil olunmuş xüsusi fotosessiya Kərimbəyovanı müasir şərq tərzində, keçmişdə populyar olan və yenidən dəbə gələn makiyajla işıqlandırdı.
"Səninəm" Nərmin Kərimbəyovanın rəsmi "youtube" kanalında aktivdir.
Oxşar xəbərlər
Nərmin Kərimbəyova bayram konsertində səhnə aldı
Nərmin Kərimbəyova ilə Sahib İbrahimovdan "Etnik irs" FOTOSESSİYASI
Xalq artisti Rasim Balayev dəfn olundu
Azərbaycan Ordusunda Novruz və Ramazan bayramları böyük təntənə ilə qeyd olunub
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Qarakənd faciəsindən 35 il ötür
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq













