Damyan Yoviç: Azərbaycanla tərəfdaşlıq barədə yanaşmanı qonşularımıza izah etmək vacibdir
Far.Az xəbər saytı

Damyan Yoviç: Azərbaycanla tərəfdaşlıq barədə yanaşmanı qonşularımıza izah etmək vacibdir


Serbiyada Azərbaycandan olan tərəfdaşlarla birlikdə müxtəlif layihələr həyata keçirilir.

Bunu Serbiya Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Damyan Yoviç "Far.Az"un Balkan bürosuna müsahibəsində deyib.

O, bu yanaşmanı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya və digər qonşu ölkələrə də izah etməyin vacibliyinə diqqət çəkib.

"Əlaqələndirmə məsələsi də xüsusi əhəmiyyət daşıyır. Magistral yollar və digər infrastruktur layihələri olmadan biznesin inkişafı üçün əlverişli şərait yaratmaq mümkün deyil. Bu sahədə biz, o cümlədən Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə Serbiyada müxtəlif layihələr həyata keçiririk. Hesab edirik ki, bu yanaşmanı Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya və digər qonşularımıza da izah etmək vacibdir".

XİN Dövlət katibi SOCAR-ın Niş şəhəri yaxınlığında qazla işləyən istilik elektrik stansiyası layihəsinə diqqət çəkərək Azərbaycan investisiyalarının səviyyəsini də yüksək qiymətləndiririb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Damyan Yoviç: Azərbaycanı Serbiya üçün ən mühüm strateji tərəfdaşlardan biri kimi qiymətləndiririk - MÜSAHİBƏ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər