Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır
Azərbaycan dünyada mina problemi olan ölkələrin siyahısında ilk onluqdadır.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yanında İctimai şuranın sədri Umud Mirzəyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu əlamətdar gün münasibətilə mina təhlükəsinə diqqətin artırılması və maarifləndirmə məqsədilə qlobal aksiyalar keçirilir:
"Hesablamalara görə, ölkə ərazisində 1 milyon 500 mindən artıq mina mövcuddur. Bu isə Böyük Qayıdış proqramının icrasını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz dönüşünü, həmçinin yeni yaşayış məntəqələrinin və infrastruktur layihələrinin qurulmasını əhəmiyyətli dərəcədə çətinləşdirir".
O qeyd edib ki, mina problemi yalnız siyasi məsələ deyil, ilk növbədə bəşəri və humanitar problemdir:
"Bu, insan həyatı, təhlükəsizlik və gələcək nəsillərin rifahı ilə bağlı olan qlobal bir çağırışdır. Müharibə başa çatsa belə, minalar onilliklər boyu insanların həyatını təhlükə altında saxlayır. BMT də bu təhlükəni qlobal humanitar məsələ kimi qiymətləndirir. Bu səbəbdən problemin həllində dünya ictimaiyyəti vahid mövqe nümayiş etdirməli, beynəlxalq təşkilatlar, donor qurumlar və insan hüquqları təsisatları bu istiqamətdə həmrəylik göstərməlidirlər.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda təxminən 260 min hektar ərazi minalardan təmizlənib. Bu, mühüm nəticə olsa da, ümumi çirklənmiş ərazilərin həcmi nəzərə alınarsa, qarşıda görüləsi işlərin hələ çox olduğu aydındır".
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qərarına əsasən, hər il 4 aprel tarixi Beynəlxalq Mina Maarifləndirmə və Mina Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Norveçdə pensiya yaşı artırıla bilər
-
Rumıniyada güclü zəlzələ baş verib













