Azərbaycan və Türkiyə investisiya fondlarının rəqəmsallaşmasını müzakirə edib
Azərbaycan və Türkiyə arasında investisiya fondları üzrə rəqəmsal infrastrukturun inkişafı müzakirə edilib.
"Far.Az" bu barədə Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir.
Məlumata görə, MDM-nin İdarə Heyətinin sədri Elçin Əlizadə ölkəmizdə səfərdə olan Türkiyə maliyyə qurumunun bir qrup nümayəndəsi ilə görüş keçirib.
Görüş zamanı "Kuveyt Türk Portföy Yönetimi", "Katılım Emeklilik Hayat" və "Türkiye Katılım Sigorta" anonim şirkətlərinin rəsmilərinə Azərbaycanın kapital bazarı ekosistemində MDM-in rolu, fəaliyyəti və inkişaf strategiyası barədə ətraflı məlumat verilib.
Türkiyə nümayəndə heyəti investisiya fondları sahəsində ölkənin təcrübəsini təqdim edərək, bu istiqamətdə gələcək qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə edib. Tərəflər arasında investisiya fondları üzrə təcrübə mübadiləsi, rəqəmsal infrastrukturun inkişafı, portfel idarəçiliyi sahəsində əməkdaşlıq imkanları və texniki dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin, uzunmüddətli və davamlı əməkdaşlıq əlaqələrinin qurulmasının, qarşılıqlı fayda əsasında yeni bazar imkanlarının dəyərləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
-
İsrailin Livana hücumlarında ölənlərin sayı 3400-ü keçib













