"Qastrol proqramı ölkəmizin mədəni həyatı üçün çox əlamətdar hadisədir" - Faiq Sücəddinov
"Mədəniyyət Nazirliyinin bu ilin mart ayından etibarən həyata keçirdiyi böyük qastrol proqramı ölkəmizin mədəni həyatı üçün çox əlamətdar hadisədir. Bu həm aparıcı bədii kollektivlərin sayına, həm də əhatə etdiyi bölgələrin coğrafiyasına görə ölkəmizdə ilk böyük qastrol aksiyasıdır".
Far.Az xəbər verir ki, bu fikirləri "Qafqazinfo"ya açıqlamasında görkəmli bəstəkar, pianoçu və pedaqoq, Xalq artisti, Prezident təqaüdçüsü Faiq Sücəddinov bildirib.
Xalq artisti paytaxtda fəaliyyət göstərən böyük bədii kollektivlərin bölgələrdə geniş konsert proqramı ilə çıxış etməsini yerlərdə sakinlərin bədii-estetik zövqünün formalaşmasında mühüm rol oynayacağını deyib.
Onun sözlərinə görə, qastrol proqramı eyni zamanda zəngin incəsənətimizin bölgələrimizdə təbliğinə töhfə verəcək, istedadlı uşaq və gənclərimizin sənətə yönəlməsinə vəsilə olacaq.
"Qastrol proqramının əhəmiyyəti həm də ondan ibarətdir ki, tamaşaçılar simfonik və kamera musiqisindən tutmuş, muğam, xor və rəqs sənətinə kimi bir mədəni zənginliklə tanış olmaq imkanı qazanacaqlar. Mədəniyyət Nazirliyinin bu layihəsi bir incəsənət xadimi kimi məni çox sevindirir və bu təşəbbüsü ürəkdən alqışlayıram. Çox istərdim ki, bu layihə davamlı olsun", – deyə Xalq artisti Faiq Sücəddinov bildirib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi müzakirə olunub













