İraqın cənubunda dronla xarici neft şirkətlərinin anbarlarına hücum edilib
Far.Az xəbər saytı

İraqın cənubunda dronla xarici neft şirkətlərinin anbarlarına hücum edilib


İraqın cənubunda pilotsuz uçuş aparatları ilə hücum nəticəsində xarici neft şirkətlərinə məxsus anbarlarda yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə mənbələr "Reuters" agentliyinə bildirib.

Məlumata görə, yanğının baş verməsinə dron hücumu səbəb olub.

Hadisənin digər təfərrüatları, eləcə də mümkün yaralılar barədə məlumatlar hazırda yoxdur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
İranın dronla vurduğu Naxçıvan aeroportunun içindən GÖRÜNTÜLƏR
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər