Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib
Far.Az xəbər saytı

Rusiya Ukraynada "Naftoqaz"ın obyektlərinə zərbə endirib


Rusiya qoşunları Ukraynanın Poltava vilayətində "Naftoqaz" dövlət şirkətinin obyektlərinə dronlarla zərbələr endirib, nəticədə yanğın baş verib.

"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə "Ukrayna Naftoqaz" milli səhmdar şirkətinin idarə heyətinin sədri Sergey Koretski bildirib.

"Katolik Pasxası ərəfəsində Rusiya qoşunları Poltava vilayətində "Naftoqaz" Qrupunun infrastruktur aktivlərinə hücum ediblər. Zərbələr dronlarla endirilib. Nəticədə yanğın baş verib. Bir müddət sonra təkrar hücum olub", - Koretski "Facebook" sosial şəbəkəsində vəziyyəti təsvir edib.

Onun sözlərinə görə, yaralanan olmayıb, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bölmələri isə hadisəyə operativ reaksiya verib.

"Rusiya neft-qaz və enerji infrastrukturuna məqsədyönlü hücumlarını davam etdirir. İlin əvvəlindən Rusiya qoşunları "Naftoqaz" Qrupunun obyektlərinə artıq 40-dan çox hücum edib", - şirkət sədri vurğulayıb.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Rusiya ordusu "Naftoqaz" İES və qaz infrastrukturunu hədəfə alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər