Budanov: ABŞ nümayəndə heyətinin Pasxadan sonra Kiyevə səfəri gözlənilir
Far.Az xəbər saytı

Budanov: ABŞ nümayəndə heyətinin Pasxadan sonra Kiyevə səfəri gözlənilir


ABŞ Prezidentinin elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti 12 apreldən sonra Kiyevə səfər edə bilər.

"Report"un məlumatına görə, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov "Bloomberg"ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibində respublikaçı senator Lindsi Qrem də ola bilər.

"Kuşner, Uitkoff və Lindsi Qrem – məhz onları gözləyirik. Görək orada başqa kimlər olacaq", - Budanov qeyd edib.

O, həmçinin qeyd edib ki, Amerika nümayəndə heyətinin səfərindən sonra Ukrayna daha əhəmiyyətli təhlükəsizlik zəmanətləri ala bilər.

"Nə istədiyimizi çoxdan müəyyən etmişik. Düşünürəm ki, bu, tezliklə həyata keçiriləcək. Bundan sonra nə baş verəcəyi başqa məsələdir. Amma təhlükəsizlik zəmanətləri ilə bağlı mütləq irəliləyiş əldə etmişik - artıq irəliləyirik", - Prezident Ofisinin rəhbəri vurğulayıb.

Oxşar xəbərlər

Budanov: Amerika nümayəndə heyətinin Pasxadan sonra Kiyevə səfəri gözlənilir
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər