Dağıstanda 139 yaşayış məntəqəsi işıqsız qalıb
Far.Az xəbər saytı

Dağıstanda 139 yaşayış məntəqəsi işıqsız qalıb


Dağıstanın 14 rayonunun 139 yaşayış məntəqəsində elektrik enerjisinin kəsilmələri baş verib.

"Far.Az" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"14 rayonunun 139 yaşayış məntəqəsində elektrik təchizatının qəza şəraitində kəsilməsi barədə məlumat var. İlkin səbəb elektrik verilişi xətlərindəki (EVX) qısa qapanmalardır", - məlumatda bildirilib.

Dağıstanın Energetika Nazirliyinin məlumatına görə, pis hava şəraiti səbəbindən Akuşa, Buynaksk, Axtı, Tabasaran, Qayakənd, Lak, Qunib, Levaşi, Qaytaq, Babayurd, Qarabudaqkənd rayonlarında, eləcə də Mahaçqalada EVX-lərdə texnoloji pozuntular baş verib.

Daha əvvəl Dağıstanda aprelin 4-dən 6-dək küləyin sürətinin 23 m/s-ə qədər güclənəcəyi və şiddətli yağışlarla bağlı xəbərdarlıq elan edilib.

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Güclü yağışlarla əlaqədar ADSEA hansı işlər görür?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər