İran İsrailin neft infrastrukturuna zərbələr endirildiyini açıqlayıb
Far.Az xəbər saytı

İran İsrailin neft infrastrukturuna zərbələr endirildiyini açıqlayıb


İran Silahlı Qüvvələri İsrailin cənubundakı neft-kimya obyektlərinə və yanacaq anbarlarına, eləcə də Küveytdə yerləşən Amerika hərbi bazasındakı hərbi texnika anbarları ilə komandanlıq məntəqələrinə zərbələr endirib.

"Far.Az" "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran ordusunun bəyanatında deyilir.

Məlumata görə, səhər saatlarında İsrailin cənubunda, Dimona şəhəri yaxınlığında yerləşən neft-kimya müəssisələrinə və neft məhsullarının saxlanılması üçün çənlərə PUA-larla hücum edilib.

Bundan başqa, Amerika hərbi kontingentinin Küveytin Bubiyan adasında yerləşən bazasındakı hərbi texnika anbarları, peyk rabitəsi stansiyaları və qərargah obyektləri vurulub.

İran ordusu iddia edib ki, Arifcan düşərgəsi ciddi ziyan gördükdən sonra ABŞ öz bazasını bu adaya köçürməyə məcbur olub. Yeni yerləşmə yerində İran tərəfi Birləşmiş Ştatların qüvvələrinə məxsus sursat anbarlarına, "HIMARS" reaktiv yaylım atəşi sistemlərinə, habelə rabitə və kəşfiyyat vasitələrinə zərbələr endirib.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər