Dağıstanda federal magistral yolda subasma olub, iki nəfər maşında boğularaq ölüb
Dərbənddə (Dağıstan, Rusiya) daşqın federal magistral yolun bir hissəsinin su altında qalmasına səbəb olub, bu da iki nəfərin ölümünə gətirib çıxarıb.
"Far.Az"un xəbərinə görə, bu barədə "İnterfaks" agentliyinə respublikanın Regionu İdarəetmə Mərkəzinin (RİM) rəhbəri İsrafil İsrafilov məlumat verib.
Onun sözlərinə görə, həlak olanları avtomobildə güclü axın aparıb.
"Güclü axın trasın Məmmədqala və Qecux qəsəbələri arasındakı hissəsində avtomobilləri yuyub aparıb. İnsanlar həm Dərbənd, həm də Mahaçqala istiqamətindən suyun içində qalıblar. Xilasetmə əməliyyatı zamanı yeddi nəfəri sudan çıxarmaq mümkün olub. Təəssüf ki, iki ölüm halı qeydə alınıb", - İsrafilov bildirib.
Bazar günü Dərbənddə "Qafqaz" federal magistral yolunun bir hissəsində suyun səviyyəsinin kəskin qalxması nəticəsində körpünün uçması səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Daha əvvəl Dağıstanın paytaxtı Mahaçqalada intensiv yağışların yaratdığı subasma səbəbindən üçmərtəbəli ev uçub.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Turistlərin axın etdiyi Alban məbədi baxımsız vəziyyətdədir
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək













