Hindistan sərhədyanı rayonlarda ilan və timsahların yerləşdirilməsini nəzərdən keçirir
Far.Az xəbər saytı

Hindistan sərhədyanı rayonlarda ilan və timsahların yerləşdirilməsini nəzərdən keçirir


Hindistanın Pakistan və Banqladeşlə sərhədlərini qoruyan Sərhəd Təhlükəsizlik Qüvvələri qanunsuz keçidlərin və cinayətkar fəaliyyətin qarşısını almaq məqsədilə sərhədyanı çay rayonlarında ilan və timsahların istifadəsinin məqsədəuyğunluğunu araşdıracaq.

"Far.Az" xəbər verir ki, bu barədə "The Hindu" nəşri yazıb.

Qəzetin məlumatına görə, Sərhəd Təhlükəsizlik Qüvvələrinin mənzil-qərargahı tərəfindən Banqladeş sərhədi boyunca yerləşən bölmələrə göndərilən xidməti mesajda bildirilib ki, sürünənlərdən istifadə Hindistanın daxili işlər naziri Amit Şahın göstərişlərinə uyğun olaraq həyata keçirilir.

"Sərhədin həssas çay sahələrində sürünənlərin (ilan və ya timsah kimi) yerləşdirilməsinin məqsədəuyğunluğunu operativ nöqteyi-nəzərdən öyrənmək və qiymətləndirmək lazımdır", - məlumatda qeyd edilib.

Hindistan Daxili İşlər Nazirliyinin 2024–2025-ci illər üzrə illik hesabatına əsasən, Banqladeşlə sərhəd mürəkkəb relyefi olan ərazidən - təpələrdən, çaylardan və vadilərdən keçir. Qanunsuz miqrasiya və hüquqazidd fəaliyyətlərin qarşısını almaq məqsədilə Hindistan hökuməti sərhədlərin mühafizəsini təkmilləşdirmək qərarına gəlib və yeni sərhəd çəpərlərinin qurulduğunu təsdiqləyib.

Oxşar xəbərlər

Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər