Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
Far.Az xəbər saytı

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək


Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək.

"Report" Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək.

Turnirdə idmançılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar.

Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun keçiriləcək.

Qeyd edək ki, turnir iyunun 2-dən 6-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Stend atıcılığı üzrə Federasiya Kubokunun qalibləri müəyyənləşib
Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər