"Basketbol hər yerdə" layihəsi çərçivəsində ilk meydança istifadəyə verilib
Far.Az xəbər saytı

"Basketbol hər yerdə" layihəsi çərçivəsində ilk meydança istifadəyə verilib


Azərbaycan Basketbol Federasiyasının dəstəyi, "Sabah" basketbol klubunun təşəbbüsü ilə həyata keçirilən "Basketbol hər yerdə" layihəsi çərçivəsində ilk meydança istifadəyə verilib.

Bakı klubundan "Far.Az"a verilən məlumata görə, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 50B ünvanında baş tutan açılış tədbirində "Sabah"ın basketbolçuları Endər Poladxanlı, Şirzad Şirzadov və Kamran Məmmədov da iştirak edərək azarkeşlərlə görüşüblər.

Layihənin məqsədi basketbolu kütləviləşdirmək, xüsusilə gənc və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və sağlam həyat tərzinə təşviq etməkdir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər