Makron və Lukaşenko uzun müddətdən sonra ilk dəfə telefon danışığı aparıblar
Belarus və Fransa prezidentləri Aleksandr Lukaşenko ilə Emmanuel Makron son 4 ildə ilk dəfə telefon danışığı aparıblar.
"Report" xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zəng Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı tərəflər regional problemləri, Belarusun Avropa İttifaqı (Aİ) və Fransa ilə münasibətlərini müzakirə ediblər.
Lukaşenko ilə danışıqdan əvvəl Fransa lideri Rusiyanın iki nəfərin həlak olması və onlarla insanın yaralanması ilə nəticələnən Kiyevə kütləvi gecə hücumundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Makron yaşayış evlərinin, məktəblərin, Çernobıl uzeyinin, Ukrayna Milli İncəsənət Muzeyinin, digər mülki və mədəniyyət obyektlərinin zədələndiyi hücumu pisləyib.
Qeyd edək ki, bundan əvvəl Lukaşenko Makronla 2022-ci il fevralın 26-da, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən bir neçə gün sonra telefonla danışıb. Fransa tərəfinin versiyasına görə, Makron Minski Rusiya qoşunlarının Belarus ərazisindən çıxarılmasına nail olmağa, müharibənin "faktiki şəriki" rolundan imtina etməyə və Rusiyanın nüvə silahını yerləşdirməməyə çağırıb. Belarus tərəfinin məlumatında isə bildirilirdi ki, həmsöhbətlər münaqişəni, Belarusun Rusiya ilə münasibətlərini və Avropanın gələcəyini müzakirə ediblər, Lukaşenko isə Belarusda nüvə silahının mümkün yerləşdirilməsi ilə bağlı xəbərləri uydurma adlandırıb.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda Zəfər muzeyinin açılışı olub
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Pentaqon "SpaceX" ilə HHM peyklərinin yerləşdirilməsi üçün 4 milyard dollarlıq müqavilə imzalayıb
-
ABŞ Sakit Okeanda narkotikdaşıyan gəmiyə zərbə endirib
-
Pentaqon silah istehsalını kəskin şəkildə artırmağı planlaşdırır
-
İsrailin Livanın cənubuna hücumunda 11 nəfər həlak olub
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb













