Tramp İranla bağlı məlumatın sızmasının mənbəyini açıqlamaqdan imtinaya görə KİV-i həbslə hədələyib
Far.Az xəbər saytı

Tramp İranla bağlı məlumatın sızmasının mənbəyini açıqlamaqdan imtinaya görə KİV-i həbslə hədələyib


ABŞ Prezidenti Donald Tramp hakimiyyət orqanlarının KİV-dən İranda vurulmuş ABŞ pilotunun axtarışları barədə məlumat mənbəyini açıqlamağı tələb edəcəyini bildirib.

"Far.Az" xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

"Biz həmin KİV-ə müraciət edəcəyik və deyəcəyik: bu milli təhlükəsizlik məsələsidir, mənbəyi açıqlayın və ya həbsxanaya girin", - o deyib.

Tramp məlumatın sızmasında təqsirkarın müəyyən edilməsinin vacibliyini vurğulayaraq, onu "xəstə adam" adlandırıb.

Prezident həmçinin bir daha bildirib ki, pilotun təxliyəsi əməliyyatı ABŞ Silahlı Qüvvələri üçün itkisiz keçib.

KİV-in məlumatına görə, F-15E qırıcısı İran səmasında vurulub, heyətin hər iki üzvü katapult edib. Pilot bir neçə saatdan sonra təxliyə edilib, ikincinin axtarışı isə bir sutkadan çox vaxt aparıb. Əməliyyat zamanı "Black Hawk" helikopterlərindən biri vurulub, onun heyəti yaralanıb.

Oxşar xəbərlər

17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər