YUNESKO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib
Azərbaycan və dünyanın daha 12 ölkəsi ənənəvi Novruz bayramını Parisdəki YUNESKO-nun mənzil-qərargahında birgə qeyd ediblər.
"Report"un Avropa bürosunun Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinə istinadən verdiyi məlumata görə, ölkəmizlə yanaşı, Əfqanıstan, İran, İraq, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Hindistan, Monqolustan və Pakistan tədbirin təşkilatçıları qismində çıxış edib.
Açılışda hər 13 dövlətin adından çıxış edən Tacikistanın YUNESKO yanındakı daimi nümayəndəsi Dilşod Kamolzadə Rəhimi Novruzun mənəvi əhəmiyyətini vurğulayıb və onun, bu bayramı qeyd edən bütün xalqları birləşdirən mədəni irsin ən mühüm nümunəsi olduğunu bildirib.
Tədbirdə həmçinin YUNESKO-nun Baş direktoru Xalid Əl-Ənani, Fransada akkreditə olunmuş diplomatik korpusun, diaspor təşkilatlarının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Rəsmi hissədən sonra iştirakçı ölkələr milli musiqi və rəqs nümunələrindən ibarət zəngin proqram təqdim edib.
Azərbaycanlı modelyer Leyla Babazadə tərəfindən yaradılmış milli geyim kolleksiyasının defilesi mədəni hissənin xüsusi bəzəyi olub.
Babazadə Azərbaycanın mədəni irsindən ilham alan dizayner və yaradıcı tədqiqatçı kimi tanınır. Onun yaradıcılığının əsasını qədim ornamentlərin və rəmzi formaların öyrənilməsi, onların müasir estetik baxımdan yenidən dərk edilməsi təşkil edir. Eyni zamanda, hər bir geyim tarixin, yaddaşın və mədəni kimliyin daşıyıcısı kimi təqdim olunur.
Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Qazaxıstan da öz mədəni təqdimatlarını edib.
Qonaqlar müxtəlif mətbəxlərin ənənəvi yeməklərinin dadına baxa biliblər. Azərbaycan kulinariyası dolma, plov və qutablarla təmsil olunub.
Qeyd edək ki, Novruz bayramı hələ 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Paytaxt sakinləri Novruz bayramını qeyd edirlər - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər













