"Butam" Mədəniyyət Assosiasiyası Belçikanı Azərbaycan musiqisi ilə tanış edib
Belçikanın Vervye şəhərində aprelin 7-də Azərbaycanın musiqi mədəniyyətinə həsr olunmuş gecə keçirilib.
"Report"un Avropa bürosu xəbər verir ki, tədbir Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə "Butam" Həmvətənlər Mədəniyyət Assosiasiyası tərəfindən təşkil edilib və Vervye konservatoriyasında baş tutub.
Gecənin qonaqlarına Azərbaycanın musiqi ənənələri, muğam və Üzeyir Hacıbəyli tərəfindən Şərqdə yazılmış ilk opera haqqında məlumat verilib.
Qonaqlar, həmçinin tanınmış Azərbaycan musiqiçilərinin canlı ifasından zövq ala biliblər - Sadıx Ağamalıyev muğam və xalq mahnılarını ifa edib, Cavid Səlimov tarda, Emin Sadıxlı isə kamançada çalıb.
Tamaşaçılar gözlənilməz interpretasiyaları hərarətlə qarşılayıblar: klassik Qərb əsərləri Azərbaycan alətləri sayəsində tamamilə yeni tərzdə səslənib. Alqışlardan da göründüyü kimi, məhz bu anlar ən çox yaddaqalan anlardan biri olub.
Gecəni rəqs nömrələri tamamlayıb. Onlardan biri əsl heyranlıq yaradıb - gənc rəqqas getdikcə sürətlənən ritmə dəqiq ayaqlaşaraq tək ayaq üstündə sürətli hərəkətlər nümayiş etdirib.
Tədbirin sonunda təşkilatçılar simvolik bir jest ediblər: 150 ildən çox əvvəl əsası qoyulmuş konservatoriyaya tar və kamança hədiyyə ediblər. Direktor müavini Reyçel Vintagenə həmçinin ənənəvi Şəki kəlağayısı təqdim olunub.
Təşkilatçılar ümid edirdilər ki, bu gecə sadəcə tanışlıq yox, həm də ilham mənbəyi olacaq və tələbələrdən kimsə Azərbaycan musiqi alətlərini öyrənmək istəyəcək.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb













