Azərbaycanda telekommunikasiya sahəsində kolokasiya və birgə istifadə mexanizmləri yaradılacaq
Azərbaycanda telekommunikasiya xidmətlərinin genişləndirilməsi məqsədilə şəbəkələrin infrastruktur obyektlərində yerləşdirilməsi, kolokasiya və birgə istifadə mexanizmlərinin yaradılması, eləcə də dövlətə məxsus infrastruktur obyektlərinə bərabər çıxış imkanlarının təmin edilməsi ilə bağlı hüquqi baza gücləndiriləcək.
"Report"un əldə etdiyi məlumata görə, internet telekommunikasiya xidmətlərinin keyfiyyətli və etibarlı göstərilməsi sahəsində tənzimləmə və nəzarəti həyata keçirən qurumların səlahiyyətlərinin dəqiqləşdirilməsi üçün yeni hüquqi çərçivə formalaşdırılacaq.
Bu istiqamətdə normativ hüquqi akt layihələrinin hazırlanması və razılaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, telekommunikasiya bazarında sağlam rəqabət mühitinin təmin edilməsi məqsədilə qabaqlayıcı ("ex-ante") tənzimləmə mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu çərçivədə bazar təhlilləri aparılacaq, bazara əhəmiyyətli təsir göstərən təchizatçılar müəyyən ediləcək və onların üzərinə müvafiq tənzimləyici öhdəliklər qoyulacaq.
Bundan əlavə, telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantının təmin edilməsi, həmçinin aktiv və fiziki (passiv) infrastruktura, o cümlədən son mil şəbəkəsinə çıxış imkanlarının genişləndirilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi nəzərdə tutulur.
Qeyd olunan tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin bu ilin sonuna qədər mərhələli şəkildə həyata keçirməsi planlaşdırılır.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













