Numan Kurtulmuş: Türkiyə Azərbaycan-Ermənistan yaxınlaşmasını müsbət qiymətləndirir
Türkiyə, Azərbaycan və Ermənistan arasında parlamentlərarası səviyyədə üçtərəfli dialoqun inkişafı istisna edilmir.
"Far.Az"un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində parlamentlərarası diplomatiyanın rolundan danışarkən deyib.
Onun sözlərinə görə, Qafqaz regionundakı digər dövlətlər də siyasi və parlamentlərarası səviyyədə üçtərəfli dialoq formatına cəlb edilə bilər.
Türkiyənin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin inkişafını həssas məsələ hesab edən N.Kurtulmuş bildirib:
"Rəsmi Ankara əvvəldən də regiondakı bütün dövlətlər arasında əməkdaşlıq mühiti yaradılmasını mümkün hesab edib. Bu mənada əsas çətinlik Azərbaycanın Qarabağ bölgəsinin işğalı ilə bağlı idi. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi isə Cənubi Qafqazda yeni güc balansı yaradıb. Türkiyə Azərbaycanla Ermənistan arasındakı yaxınlaşmanı, xüsusən də son addımları çox müsbət və vacib hesab edir. Ümid edirik ki, Cənubi Qafqazda tezliklə uzunmüddətli sülh mühiti bərqərar olunacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













