Nazir müavini: "Hidrometeoroloji hadisələrə aid erkən xəbərdarlıq sistemi gücləndiriləcək"
Far.Az xəbər saytı

Nazir müavini: "Hidrometeoroloji hadisələrə aid erkən xəbərdarlıq sistemi gücləndiriləcək"


Azərbaycanda iqlim məlumatlılığının artırılması, çox təhlükəli hidrometeoroloji hadisələrə aid erkən xəbərdarlıq sisteminin gücləndirilməsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

"Far.Az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bu gün Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, layihəni Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə BMT-nin Ətraf Mühit Proqramı icra edəcək: "Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı Azərbaycanda iqlimə davamlı şəhər və icmaların yaradılması layihəsinin həyata keçirilməsini planlaşdırır. Bununla yanaşı, Yaşıl İqlim Fondunun maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda həyata keçirilməsini nəzərdə tutduğu "Kənd təsərrüfatı sektorunda istixana qazı emissiyalarının azaldılması, davamlılığın, ərzaq və qida təhlükəsizliyinin təşviqi məqsədilə iqlimə davamlı təcrübələrin tətbiqi, o cümlədən ərzaq itkisi və qida tullantılarının qarşısının alınması və azaldılması" adlı layihə hazırda dövlətdaxili prosedur mərhələsindədir".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər