AYNA: 5 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib
Far.Az xəbər saytı

AYNA: 5 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 5 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qaliblərini müəyyən edib.

"Far.Az" AYNA-ya istinadən xəbər verir ki, 533 nömrəli şəhərətrafı (Şəfəq qəsəbəsi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs "Bus Service" MMC, Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxs Quluzadə Fəqan İman oğlu; Sumqayıt-Horadiz marşrutu üzrə fiziki şəxs Talıbov Polad Tahir oğlu, Yalama qəsəbəsi - Qusar avtovağzalı və Xanoba kəndi - Xudat avtostansiyası marşrutları üzrə hüquqi şəxs "Logistics and Transport Services" MMC qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunub.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər