Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə edib
Far.Az xəbər saytı

Starmer Oman sultanı ilə İran-ABŞ danışıqlarını müzakirə edib


Böyük Britaniyanın Baş naziri İslamabadda sülh danışıqlarının nəticəsiz qalması fonunda ABŞ və İranın atəşkəs rejiminə əməl etməyə davam edəcəklərinə ümid etdiyini bildirib.

"Report" xəbər verir ki, Starmer bunu Oman sultanı Heysəm bin Tariq Əl Səidlə telefon danışığında qabardıb.

Qeyd olunur ki, tərəflər ABŞ və İranı yaranmış vəziyyətdən çıxış yolu tapmağa çağıraraq, danışıqları müzakirə ediblər. "Liderlər bütün tərəfləri gələcək eskalasiyadan çəkinməyə çağıraraq, atəşkəs rejiminin qorunub saxlanılmasının vacibliyini qeyd ediblər", - məlumatda bildirilir.

Starmer Hörmüz boğazında qəzaya uğrayan gəmilərdəki dənizçilərin xilas edilməsi istiqamətində ölkənin göstərdiyi səylərə görə Əl Səidə təşəkkür edib. Britaniya Baş naziri həmçinin bildirib ki, London tərəfdaşları ilə birlikdə uzunmüddətli perspektivdə naviqasiya azadlığının bərpa edilməsi üzərində işləyir.

Bundan əlavə, o, Böyük Britaniyanın Omanın təhlükəsizliyinin təmin edilməsi üzərində işləməyə, o cümlədən Ukrayna ilə əməkdaşlıq çərçivəsində istehsal olunan pilotsuz uçuş aparatlarının tədarükü hesabına çalışmağa hazır olduğunu təsdiqləyib. Starmerin sözlərinə görə, Ukraynanın təcrübəsi regionun İranın hücumlarından qorunmasında mühüm rol oynayıb.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib -YENİLƏNİB
Müxtəlif ölkələrin rəsmi şəxsləri, qurumlar və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib
Müxtəlif ölkələrin rəsmiləri, qurumları və beynəlxalq təşkilatlar İranın Naxçıvana dron hücumunu pisləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər