Xalq artisti Maqsud Məmmədovun dəfn olunacağı yer AÇIQLANDI
Xalq artisti Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, görkəmli baletmeysterlə aprelin 14-də, saat 11:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək. Mərasimdən sonra mərhum İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.
***17:40
Xalq artisti Maqsud Məmmədov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, o bu gün 97 yaşında vəfat edib.
Məlumat üçün bildirək ki, Maqsud Davud oğlu Məmmədov 30 may 1929-cu ildə Gəncədə anadan olub.
Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib.
O, 1951-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışıb.
Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.
Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun "Xəzər balladası", Fərəc Qarayevin "Qobustan kölgələri", "Kaleydoskop", Rauf Hacıyevin "Azərbaycan süitası", Nazim Əlivedibəyovun "Muğam", Aqşin Əlizadənin "Babək" baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.
Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Hikmət Hacıyev: Genişmiqyaslı layihələrə Ermənistanın tranzit ölkə kimi qoşulması mümkündür
-
BVF Venesuelaya maliyyə dəstəyi proqramı hazırlamağı planlaşdırır
-
Yunanıstan-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası oktyabrda Afinada keçiriləcək
-
Son bir həftədə ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 133 min manatdan çox ziyan dəyib - RƏSMİ
-
Soheyl Mahmud: Azərbaycan "D-8"in strateji baxışına əhəmiyyətli töhfə verməkdə qətiyyətlidir













